Xarici jurnalistlər Xankəndi-Laçın yolna gəldilər
Deyv Qordon və Tamuna Mumladze aksiya ərazisindən çəkilişlər edib, reportaj hazırlayıblar
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Bu gün kanadalı jurnalist Deyv Qordon və gürcüstanlı bloger Tamuna Mumladze hadisə yerinə gediblər. Onlar aksiyanın gedişi, keçirilmə səbəbləri barədə məlumatlandırılıb. Deyv Qordon və Tamuna Mumladze aksiya ərazisindən çəkilişlər edib, reportaj hazırlayıblar.
Xatırladaq ki, azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyası 38 gündür ki davam edir.