Xəzər dənizində 5,5 bal gücündə zəlzələ olub
Təkanlar Bakıda, Abşeron yarımadasında, Sumqayıtda və Xaçmazda hiss olunub
İlkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və təlafat barədə FHN-ə məlumat daxil olmayıb.
***
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər veriir ki, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
***
Saat 00:01-də Bakı, Abşeron yarımadası və Sumqayıtda zəlzələ hiss olunub. Zəlzələnin episentri Xaçmazdan 52 km aralıda Xəzər dənizində olub.
***
Xaçmaz rayonunda güclü zəlzələ qeydə alınıb.
Zəlzələ rayon mərkəzində hiss olunub. Dağıntı və itki barədə məlumat yoxdur.