XƏBƏRLƏR / Hava

Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidmətinin yanvarın 23-ü saat 12:00-a olan məlumatına əsasən, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan Muxtar Respublikası, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran və Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır.

    Xidmətdən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında da səhər saatlarından yağan sulu qar davam edir.

    Şimal-qərb küləyinin sürəti Naftalan, Bakıda və Abşeron yarımadasında saniyədə 18 metr təşkil edib. Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan Muxtar Respublikasında 0-3° isti, Aran rayonlarında 2°-dək isti, dağlıq rayonlarda 4°, yüksək dağlıq ərazilərdə isə 12°-dək şaxta qeydə alınıb.