XƏBƏRLƏR / İctimaiyyət

Xəzər dənizində meyit aşkarlanıb

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib

Xəzər dənizində meyit aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər dənizində meyit aşkarlanıb.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdən bir nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

    Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.