XƏBƏRLƏR / Diplomatiya

Xəzər İbrahim və Narek Mkrtçyan TRIPP-i müzakirə ediblər

Azərbaycan və Ermənistanın Birləşmiş Ştatlardakı səfirləri ABŞ-Azərbaycan Ticarət Palatasında (USACC) bir araya gəliblər

Xəzər İbrahim və Narek Mkrtçyan TRIPP-i müzakirə ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri Xəzər İbrahim və Narek Mkrtçyan USACC-də TRIPP təşəbbüsünü müzakirə ediblər.

    Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının (USACC) açıqlamasına görə, Vaşinqtondakı Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan səfirləri, ABŞ-ın yüksək vəzifəli hökumət rəsmiləri və biznes nümayəndələri ilə birlikdə TRIPP təşəbbüsü ilə bağlı dəyirmi masa müzakirəsində iştirak ediblər.

    Tədbirdə TRIPP təşəbbüsünün regional əlaqənin gücləndirilməsində və Orta Dəhliz boyunca ABŞ-ın davamlı iqtisadi mövcudluğunun yaradılmasındakı rolu müzakirə olunub.