XƏBƏRLƏR / Hava

Xəzərdə dalğaların hündürlüyü 6 metrə çatacaq

Xəbərdarlıq

Xəzərdə dalğaların hündürlüyü 6 metrə çatacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Xəbərdarlığa görə, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi martın 24-ü axşam saatlarına kimi davam edəcək.

    Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

    Dalğanın hündürlüyünün isə 3.0-4.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.