XƏBƏRLƏR / Neft və Qaz

Xəzəryanı ölkələrin dənizin neft-qaz ehtiyatlarındakı payı

"NAANS-Media"nın icraçı direktoru Tamara Safonova açıqlayır

Xəzəryanı ölkələrin dənizin neft-qaz ehtiyatlarındakı payı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ilin nəticələrinə əsasən, Xəzər dənizinin ən böyük neft və qaz-kondensat ehtiyatları 33 % payla Qazaxıstana məxsusdur.

    Bunu "NAANS-Media"nın icraçı direktoru Tamara Safonova Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya: neftemalı, neft-kimyası, ticarət və logistika" mövzusunda tədbirdə bildirib.

    Onun sözlərinə görə, Azərbaycanın payı 29 %, İranın payı 21 %, Türkmənistanın payı 12 %, Rusiyanın payı isə 5 % təşkil edib.

    Qaz ehtiyatlarında isə Azərbaycan 34 %-lik göstərici ilə liderdir. Qazaxıstan, Türkmənistan və İranın hər birinin payı təxminən 19 %, Rusiyanın payı isə 9 % təşkil edir.