XƏBƏRLƏR / Diplomatiya

XİN ABŞ-ın Azərbaycana qarşı əsassız iddialarına cavab verdi

Ayxan Hacızadə "X"də yazıb

XİN ABŞ-ın Azərbaycana qarşı əsassız iddialarına cavab verdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əsl “namərdlik” ABŞ-ın “məşhur, dürüst və qərəzsiz” kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-ın Azərbaycandakı səfirliyinə cavabında deyib.

    O qeyd edib ki, özünü beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəçisi kimi qələmə verən və bir çox insan hüquqlarını heçə sayan ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir:

    "Tənqid təzyiq kimi o zaman effektli ola bilər ki, tənqid edənin niyyəti saf, əxlaqı isə üstün olsun. Keçmişdəki səhvlərdən dərs çıxarmaq gələcək uğurlu addımlar üçün əsas şərtdir".