XƏBƏRLƏR / Yaddaş

Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla anılıb

Həmin anda küçələrdə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayanıb

Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla anılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Həmin anda küçələrdə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayanıb.

    Xocalı soyqırımın ildönümü ilə əlaqədar ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirilib.