XƏBƏRLƏR / Qayıdış

Xocalı və Ağdərəyə ümumilikdə daha 44 ailə yola salınıb

YENİLƏNİB

Xocalı və Ağdərəyə ümumilikdə daha 44 ailə yola salınıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 14:39

    Oktyabrın 22-də Xocalı və Ağdərə rayonlarına növbəti köç reallaşıb. 176 nəfər olmaqla, 44 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub.

    Bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərənin Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülüb.

    Keçmiş məcburi köçkünlərə yeni mənzillərinin açarları təqdim edilib. Ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.

    Qeyd edək ki, köç olan kəndlərdə yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib.

    ***

    13:39

    Xocalı və Ağdərə rayonlarının ümumilikdə 7 yaşayış məntəqəsinə daha 44 ailə yola salınıb.

    Bu mərhələdə Xocalı şəhərinə və rayonun Badara, Ballıca, Daşbulaq, Xanyurdu, həmçinin Ağdərə rayonunun Vəngli və Heyvalı kəndlərinə ailələrin qayıdışı təmin olunub.

    Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu 2 ailə (5 nəfər), Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) ümumilikdə 44 ailə 176 nəfərin daimi qayıdışı baş tutub.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 856 nəfər (168 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 1157 nəfər (295 ailə)
    Kolatağ - 175 nəfər (48 ailə)
    Vəngli - 642 nəfər (160 ailə)
    Aşağı Oratağ - 603 nəfər (126 ailə)
    Çapar - 203 nəfər (58 ailə)
    Heyvalı - 288 nəfər (69 ailə)
    Çıldıran - 165 nəfər (41 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)
    Böyük Qaladərəsi - 78 nəfər (17 ailə)
    Kiçik Qaladərəsi - 90 nəfər (26 ailə)

    Xocalı rayonu
    Xocalı - 732 nəfər (162 ailə)
    Ballıca - 1102 nəfər (247 ailə)
    Təzəbinə - 862 nəfər (189 ailə)
    Xanyurdu - 530 nəfər (146 ailə)
    Şuşakənd - 423 nəfər (111 ailə)
    Badara - 407 nəfər (133 ailə)
    Seyidbəyli - 259 nəfər (71 ailə)
    Daşbulaq - 135 nəfər (34 ailə)
    Xanabad - 156 nəfər (41 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 1234 nəfər (303 ailə)
    Şükürbəyli - 2204 nəfər (473 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 2737 nəfər (763 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1649 nəfər (388 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Xocavənd - 1495 nəfər (567 ailə)
    Hadrut - 261 nəfər (64 ailə)
    Qırmızı Bazar - 984 nəfər (231 ailə)
    Sos - 360 nəfər (85 ailə)
    Xanoba - 174 nəfər (38 ailə)
    Xocavənd - 202 nəfər (74 ailə)
    Quzeyxırman - 271 nəfər (60 ailə)
    Güneyxırman - 175 nəfər (39 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 680 nəfər (162 ailə)

    Xankəndi
    Xankəndi şəhəri - 345 nəfər (79 ailə)
    Kərkicahan - 232 nəfər (56 ailə)


    Cəmi: 38 289 nəfər

    Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 100 minə yaxın insan yaşayır.