XƏBƏRLƏR / İctimaiyyət

Xocalıda mina partladı, xəsarət alan var YENİLƏNİB

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib

Xocalıda mina partladı, xəsarət alan var YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 14:15

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    ***

    Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Partlayış nəticəsində xəsarət alan yoxdur.

    Araşdırma aparılır.