XƏBƏRLƏR / Qayıdış

Xocalının Badara və Seyidbəyli kəndlərinə köç karvanı gedib

Bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülüb

Xocalının Badara və Seyidbəyli kəndlərinə köç karvanı gedib
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 15:02

    Növbəti köç karvanları Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.

    Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə köç edən sakinlər evlərinin müasir tələblər səviyyəsində yenidən qurulması, hər cür şəraitlə təmin olunması barədə məlumatlandırılıb.

    ANAMA əməkdaşları sözügedən kəndlərə qayıdan sakinləri mina təhlükəsizliyi qaydaları haqqında təlimatlandıraraq onlara müvafiq bukletlər təqdim ediblər.

    ***

    14:02

    Növbəti köç karvanları Xocalının Badara və Seyidbəyli kəndlərinə çatıb.

    Bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.

    ***

    12:38

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Yanvarın 26-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınıb.

    Bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.

    Uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 611 nəfər (122 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 985 nəfər (254 ailə)
    Kolatağ - 120 nəfər (33 ailə)
    Vəngli - 528 nəfər (135 ailə)
    Aşağı Oratağ -119 nəfər (31ailə)
    Çapar-  96 nəfər (26 ailə)
    Heyvalı - 74 nəfər (19 ailə)
    Çıldıran - 48 nəfər (13 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)

    Xocalı rayonu
    Xocalı - 482 nəfər (111 ailə)
    Ballıça - 1034 nəfər (232 ailə)
    Təzəbinə - 605 nəfər (138 ailə)
    Xanyurdu - 421 nəfər (120 ailə)
    Şuşakənd - 418 nəfər (110 ailə)
    Badara - 266 nəfər (73 ailə)
    Seyidbəyli - 251 nəfər (69 ailə)
    Daşbulaq - 109 nəfər (26 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 762 nəfər (191 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 308 nəfər (83 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1129 nəfər (269 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Hadrut - 182 nəfər (46 ailə)
    Qırmızı Bazar - 513 nəfər (122 ailə)
    Sos - 360 nəfər (85 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 449 nəfər (108 ailə)

    Xankəndi
    Xankəndi şəhəri - 162 nəfər (36 ailə) 
    Kərkicahan - 117 nəfər (30 ailə)



    Cəmi: 26 050 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 70 minə yaxın insan yaşayır.