XƏBƏRLƏR / Qayıdış

Xocalının Seyidbəyli kəndinə növbəti köç olub

Kəndə 36 nəfərdən ibarət 11 ailə köçürülüb

Xocalının Seyidbəyli kəndinə növbəti köç olub
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç baş tutub.

    Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Seyidbəyli kəndinə 36 nəfərdən ibarət 11 ailə köçürülüb.

    Seyidbəyliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib.

    Qeyd edək ki, əvvəlki mərhələlərdə kəndə 27 ailə, yəni 91 nəfər köçürülüb.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 981 nəfər (216 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 764 nəfər (205 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 996 nəfər (223 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 333 nəfər (97 ailə)
    Təzəbinə (Xocalı) - 495 nəfər (112 ailə)
    Xıdırlı (Ağdam) - 1 865 nəfər (480 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
    Vəngli (Ağdərə) - 383 nəfər (99 ailə)
    Şuşakənd (Xocalı) - 170 nəfər (61 ailə)
    Qırmızı bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
    Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
    Hadrut (Xocavənd) - 42 nəfər (10 ailə)
    Badara (Xocalı) - 136 nəfər (37 ailə)
    Seyidbəyli (Xocalı) - 127 nəfər (38 ailə)
    Daşbulaq (Xocalı) - 122 nəfər (30 ailə)
    Kəlbəcər - 338 nəfər (81 ailə)
    Horovlu (Cəbrayıl) - 213 nəfər (47 ailə)

    Cəmi: 21 080 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 60 mindən çox insan yaşayır.