13:22
Bu gün Xocavənd şəhərinə, Hadrut qəsəbəsinə, Quzeyxırman və Xocavənd kəndlərinə, eləcə də Ağdərənin Heyvalı kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Xocavənddə açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 24 ailə (86 nəfər), Quzeyxırman kəndinə 11 ailə (53 nəfər), Xocavənd kəndinə 3 ailə (11 nəfər), Hadrut qəsəbəsinə 2 ailə (6 nəfər), Ağdərənin Heyvalı kəndinə isə 2 ailə (7 nəfər) köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
12:47
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd və Ağdərəyə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
Köçən sakinlərin məskunlaşması üçün yaşayış yerlərində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
***
12:09
Böyük Qayıdış çərçivəsində Xocavənd və Ağdərə rayonlarının 5 yaşayış məntəqəsinə daha 42 ailə (163 nəfər) yola salınıb.
Xocavənd şəhəri, rayonun Quzeyxırman, Xocavənd kəndləri və Hdrut qəsəbəsinə, həmçinin Ağdərə rayonunun Heyvalı kəndinə növbəti qayıdış baş tutub.
Bu mərhələdə Xocavənd şəhərinə 24 (86 nəfər), Quzeyxırmana 11 (53 nəfər), Xocavəndə 3 (11 nəfər), Hadrut qəsəbəsinə 2 (6 nəfər), Ağdərə rayonunun Heyvalıya isə 2 ailə (7 nəfər) köçürülüb.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1157 nəfər (295 ailə)
Kolatağ - 175 nəfər (48 ailə)
Vəngli - 642 nəfər (160 ailə)
Aşağı Oratağ - 603 nəfər (126 ailə)
Çapar - 203 nəfər (58 ailə)
Heyvalı - 295 nəfər (71 ailə)
Çıldıran - 165 nəfər (41 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Böyük Qaladərəsi - 78 nəfər (17 ailə)
Kiçik Qaladərəsi - 90 nəfər (26 ailə)
Xocalı rayonu
Xocalı - 732 nəfər (162 ailə)
Ballıca - 1102 nəfər (247 ailə)
Təzəbinə - 862 nəfər (189 ailə)
Xanyurdu - 530 nəfər (146 ailə)
Şuşakənd - 423 nəfər (111 ailə)
Badara - 407 nəfər (133 ailə)
Seyidbəyli - 259 nəfər (71 ailə)
Daşbulaq - 135 nəfər (34 ailə)
Xanabad - 156 nəfər (41 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1234 nəfər (303 ailə)
Şükürbəyli - 2204 nəfər (473 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 2737 nəfər (763 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1649 nəfər (388 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 1581 nəfər (591 ailə)
Hadrut - 267 nəfər (66 ailə)
Qırmızı Bazar - 984 nəfər (231 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 174 nəfər (38 ailə)
Xocavənd - 213 nəfər (77 ailə)
Quzeyxırman - 324 nəfər (71 ailə)
Güneyxırman - 175 nəfər (39 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 345 nəfər (79 ailə)
Kərkicahan - 232 nəfər (56 ailə)
Cəmi: 38 452 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 100 minə yaxın insan yaşayır.
5 dəqiqə