XƏBƏRLƏR / Hərbi

Xocavənddə buldozer minaya düşüb, yaralananlar var

İki nəfər Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub

Xocavənddə buldozer minaya düşüb, yaralananlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocavənd rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) 12.08.2026-cı il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, onlardan 1989-cu il təvəllüdlü şəxsə üzün və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin olunub.

    Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.