XƏBƏRLƏR / Hərbi

Xocavənddə minatəmizləyən şirkətin əməkdaşı minaya düşüb

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi xəbər verib

Xocavənddə minatəmizləyən şirkətin əməkdaşı minaya düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində mina hadisəsi baș verib.

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən xəbərə görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

    Hadisə nəticəsində Əhədov Əhəd müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.