XƏBƏRLƏR / Kriminal

Xudafərin körpüsünü qazmaq istəyənlər tutulub VİDEO

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib YENİLƏNİB

Xudafərin körpüsünü qazmaq istəyənlər tutulub VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

    VİDEO

    İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.

    Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunub, eyni zamanda qarşı tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib.

    Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb.

    Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb.

    Qarşı tərəfdən verilən məlumata əsasən, saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları olduğu bildirilib.

    Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.