Xudavəng alban monastırını Azərbaycan polisi mühafizə edir
Bu barədə Kəlbəcərdə yaşayan jurnalist Rövşən Hüseynov "Facebook" səhifəsində yazıb
Rusiya sülhməramlıları Kəlbəcərdəki Xudavəng alban məbədini tərk ediblər. Monastırı artıq Azərbaycan polisi mühafizə edir.
Bu barədə Kəlbəcərdə yaşayan jurnalist Rövşən Hüseynov "Facebook" səhifəsində yazıb:
"Alban məbədi. Hər görüşün öz gözəliyi və sürprizi olur. Artıq “sülh məramlılar” məbədi tərk ediblər. Bu gün məbədi Azərbaycan polisi mühafizə edir. Şəhidlərimizin ruhu şad olsun!".