Şimşək çaxacaq, yağış yağacaq, çaylarda sululuq artacaq
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
1 dəqiqədən az