XƏBƏRLƏR / Hava

Yağış yağacaq, dolu düşəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbərdar edir

Yağış yağacaq, dolu düşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 31-i əsasən gündüz, avqustun 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.