XƏBƏRLƏR / Hava

Yağış yağacaq, leysan olacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Yağış yağacaq, leysan olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüzədək arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər isə bəzi yerlərdə yağışın intensivləşəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Azərbaycanın rayonlarında noyabrın 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, 4-dən 5-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-12, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.