Yağışların yaratdığı fəsadlar fasiləsiz aradan qaldırılır
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib VİDEO
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Hazırda Bakı şəhərinin Xəzər, Nizami, Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhərində, Abşeron, Xızı və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.
Qeyd edək ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt və Şimal Regional mərkəzlərinin qüvvələri tərəfindən görülür.