XƏBƏRLƏR / Hərbi

Yanacağın bahalaşmasına görə ABŞ hərbi təlimləri ləğv edir

Bu barədə məlumatı ABC telekanalı yayıb

Yanacağın bahalaşmasına görə ABŞ hərbi təlimləri ləğv edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yanacaq qiymətlərinin kəskin artması səbəbindən bəzi hərbi təlimləri ləğv etməyə məcbur olub.

    ABC telekanalı bu barədə Pentaqondakı mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, vəziyyət İran ətrafında yaranmış gərginlik fonunda daha da mürəkkəbləşib. Pentaqon federal qurumlar arasında ən böyük yanacaq istehlakçısıdır və hər il 1 milyard litrdən çox dizel yanacağı, eləcə də 10 milyard litrədək aviasiya yanacağı satın alır. 2025-ci ilin oktyabrından 2026-cı ilin aprelinədək bütün yanacaq növləri üzrə orta qiymətlər təxminən 27 faiz artıb.

    Bu il təkcə təyyarələrin, tankların və digər hərbi texnikanın yanacaqla təmin olunması üçün əlavə xərclərin azı 1 milyard dolları ötəcəyi gözlənilir. Yanacağın bahalaşması, həmçinin hərbi qulluqçuların xidmət və təlim yerlərinə səfərləri ilə bağlı kompensasiya xərclərinin də artmasına səbəb olub. Bəzi hərbi hissələr aprel ayından təlim məqsədli səfərləri əhəmiyyətli dərəcədə azaldıb və ya tamamilə dayandırıb.

    Eyni zamanda, İranla bağlı hərbi əməliyyatlar fonunda Pentaqonun Konqresdən müdafiə ehtiyacları üçün əlavə 100-200 milyard dollarlıq maliyyə vəsaiti istəyəcəyi gözlənilir.