Yanvar-aprel ərzində Avropaya 4,2 mlrd k/m qaz ixrac edilib
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya 4,2 milyard kubmetr qaz ixrac edilib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Məlumata görə, bu aylar ərzində Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib.
Bundan başqa, onun sözlərinə görə, bu müddət ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 1,8 milyard kubmetr qaz nəql edilib.
Bu ilin ilk 4 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,7% artıb.