Yanvar hava müşahidələri tarixində ən isti ay olub
2023-cü ilin son 7 ayından başlayaraq, temperatur çox yüksək olub
Yanvar bütün dünyada hava müşahidələri tarixində ən isti ay oldu.
Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand "İnterfaks"a bildirib ki, bu ilin yanvar ayı bütün meteoroloji müşahidələr tarixində dünyada ən isti ay olub və bununla da ən isti aylar silsiləsi davam edib.
Bazar ertəsi Vilfand deyib: "Yanvar ayı ən isti aylar silsiləsi, ardıcıl səkkizinci aydır ki, bu da rekorda çatan ən isti aydır. 2023-cü ilin 7 ayından başlayaraq, temperatur çox yüksək olub. Yanvarda da davam etdi".
Onun sözlərinə görə, bu, istixana qazlarının artmaqda davam etməsi, həmçinin El Nino (Sakit Okeanın mərkəzi və şərq hissələrində səth sularının anomal istiləşməsi) təsiri ilə bağlıdır.
"Bütün məlumatlara görə, bütün təhlillərə görə, yanvar ayı rekord həddə çatan ən isti ay olub. 1850-ci ildən 1900-cü ilə qədər sənayedən əvvəlki dövr üçün yanvar ayının orta temperaturundan 1,66 dərəcə yüksək", - o bildirib.