Yaponiyada leysan yağışlar fəsadlar törədib
Yaponiyanın qərbində ən azı 196 700 sakinə təcili təxliyə əmri verilib
Yaponiyanın qərbində ən azı 196 700 sakin bölgəni bürümüş leysan yağışları səbəbindən problemlərlə qarşılaşıb. Simane prefekturasının sakinlərinə yerli hakimiyyət orqanları tərəfindən təcili təxliyə əmri verilib. Təhlükəli ərazilərdə olanların təxliyə mərkəzlərinə yerləşdirilməsinə başlanılıb. Torpaq sürüşməsi və çayların daşması təhlükəsi ilə əlaqədar prefektura sakinlərinə xəbərdarlıq edilib.
Meteoroloqların proqnozlarına görə, prefekturada güclü yağışlar bu həftənin sonuna kimi davam edə bilər.