XƏBƏRLƏR / Təbiət

Yaponiyanın Hokkaydo adasında 6,2 bal gücündə zəlzələ olub

Bu barədə Yaponiyanın Meteorologiya Agentliyi açıqlama yayıb

Yaponiyanın Hokkaydo adasında 6,2 bal gücündə zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaponiyanın şimalındakı Hokkaydo adasında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Yaponiyanın Meteorologiya Agentliyi açıqlama yayıb.

    Yerli vaxtla saat 18:55-də (Bakı vaxtı ilə 13:55) qeydə alınan zəlzələnin ocağı yer səthindən 140 kilometr dərinlikdə olub.

    Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməsə də, təkanlar Yaponiyanın şimal hissəsindəki bir çox yaşayış məntəqəsində hiss olunub.

    Meteorologiya Agentliyi sunami təhlükəsinin olmadığını bəyan edib.