BLOQ

Yaşamaq üçün günəş, azadlıq və güllü miqdarda çiçək lazımdır

Gül-çiçək bol olarsa...

Yaşamaq üçün günəş, azadlıq və güllü miqdarda çiçək lazımdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 29 Avqust qardaşımız Çingiz Mustafayevin ad günüdür.

    Belə ki, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və Azərbaycanda ilk Dəqiq Mexanizmlər istehsal edən VMF Saat Fabriki Çingizsevərlərin qarşısına bir sıra tədbirlərlə çıxır!

    İlk növbədə VMF Saat Fabriki bu gündən 29 Avqustadək istehsal etdiyi 2023-cü il kolleksiyasına aid VMF, VMF Rover və VMF ELLİ saatlarına 30% güzəşt verir.

    Çingizin ad günündə isə dünyaca məşhur pianoçu virtuoz, Çaykovski, Şopen, Raxmaninov və bir sıra digər beynalxalq müsabiqələrin laureatı Nikolay Kuznetsov klassik musiqi sevərlər üçün P.İ.Çaykovskinin "İlin Fəsilləri" və ikinci bölmədə M.P.Musorqskinin "Sərgidəki Rəsmlər" əsərlərini ifa edəcək. Konsert pulsuz və yalnız dəvətnamə ilə olacaq - odur ki, konsertə düşmək istəyənlər müraciət etsinlər.

    Bundan əlavə, ANS Press informasiya agentliyi (www.anspress.com) ənənəvi olaraq Çingiz haqqında yazan bütün müxbir və yazıçıları qiymətli hədiyyələrlə təltif edəcək.

    Gördüyünüz bu təsviri isə Çingizin ad gününə mənim qızım Mina Soltan Mustafayeva hazırlayıb.

    Fürsətdən istifadə edərək hamıya təşəkkürümü bildirirəm!

    Gül-çiçək içində olasınız hər zaman - unutmayın, gül-çiçək nə qədər çox olsa, Bahar o qədər tez gələr!