Yaşar Gülər Türkiyə-İran sərhədinə gedib
Türkiyənin milli müdafiə naziri vəziyyəti qiymətləndirmək üçün Van bölgəsinə gedib

Türkiyə İranla sərhəd bölgələrində nəzarəti artırır.
Türkiyə mətbuatı xəbər verir ki, ölkənin milli müdafiə naziri Yaşar Gülər vəziyyəti qiymətləndirmək üçün İranla sərhəddə yerləşən Van bölgəsinə gedib.
Qeyd edilib ki, Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Komandanlığı İran sərhədində yerləşən hərbi hissələri yoxlamaq üçün Vana gedib.