XƏBƏRLƏR / Hava

Yaxın 3 gün ərzində qeyri-sabit hava şəraiti davam edəcək

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Yaxın 3 gün ərzində qeyri-sabit hava şəraiti davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yaxın üç gün ərzində Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

    Yaxın 3 gündə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti gözlənilir. İyulun 28-də cənub küləyinin sürəti 15-20 m/s, iyulun 29-dan 30-u səhərədək küləyin arabir 23-25 ​​m/s-dək güclənəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 29-da günün birinci yarısında yarımadanın bəzi yerlərində küləyin arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.

    İyulun 29-da ölkə ərazisində havanın temperaturu 5-7° aşağı enəcək - 25+28° isti təşkil edəcək.

    Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 28-dən 30-dək arabir yağış yağacağı gözlənilir.

    Bəzi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Qərb küləyinin sürəti arabir 15-20 m/s, bəzi yerlərdə 25-30 m/s-yə çatacaq.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında daşqınların sel sularına çevrilməsi ehtimalı var.