XƏBƏRLƏR / İctimaiyyət

Yaxın Şərqdə neçə vətəndaşımız vətənə qayıda bilmir?

Xarici İşlər nazirliyi mətbuat üçün məlumat yayıb

Yaxın Şərqdə neçə vətəndaşımız vətənə qayıda bilmir?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • XİN mətbuat üçün məlumat yayıb: Hazırda BƏƏ hava məkanının yenidən bağlı olduğu nəzərə alınaraq Yaxın Şərqdə Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır.

    İlkin siyahıyaalma nəticələrinə əsasən 5 ölkədə təxminən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib. Birləşmiş Ərəb Əmirliklərindən 490 nəfər, Səudiyyə Ərəbistanından 220 nəfər, Qətərdən 200 nəfər, Bəhreyndən 23 nəfər, Küveytdən 26 nəfərdir.