XƏBƏRLƏR / Hava

Yenə yağış, dağlarda isə qar yağacaq

Milli Hidrometeorologiya Xidməti aprelin 2-nə olan hava proqnozunu yayıb

Yenə yağış, dağlarda isə qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 2-də Bakıda və Abşeron yarımadasında yağışlı hava gözlənilir, bəzi yerlərdə yağış intensiv olacaq, mülayim cənub-qərb küləyi əsəcək, Milli Hidrometeorologiya Xidməti bildirib.

    Havanın temperaturu  gecə müsbət 3 +5, gündüz  müsbət 7 +9 dərəcə olacaq.

    Ölkə rayonlarında bəzi yerlərdə yağış yağacaq. Dağ və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Sinoptiklər Böyük Qafqazda bəzi yerlərdə gecə və səhər intensiv qar yağacağını proqnozlaşdırırlar.

    Ayrı-ayrı yerlərdə duman gözlənilir, mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 11 +16, dağlarda gecə mənfi 5 -10, gündüz 0 -5 dərəcə olacaq.