XƏBƏRLƏR / İctimaiyyət

Yeni 5 qəpiklik tədavülə buraxılıb

Bu barədə AMB xəbər verir

Yeni 5 qəpiklik tədavülə buraxılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxılıb.

    Bu barədə AMB xəbər verir.

    Yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub.

    Pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq saxlanılıb.

    Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.