Yeni Konstitusiyanın qəbulu seçkilərdən sonraya qalır
Bu haqda Emənistanın baş naziri Paşinyan ölkənin dövlət qurumlarının nümayəndələri ilə görüşdə bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dövlət qurumlarının nümayəndələri ilə görüşdə bildirib ki, "Daxili legitimliyimizi gücləndirməyi prinsipial olaraq vacib hesab edirəm ki, bu da yeni Konstitusiyanın qəbul edilməsi ilə ifadə olunmalıdır".

Daha sonra o deyib:
"Yeni Konstitusiya daha bir - belə demək olarsa - mühəndislik problemini həll etməlidir. Konstitusiya dövlətin uzunmüddətli inkişafı üçün zəruri "aerodinamika"nı təmin etməlidir - yenə də, nisbi mənada. Əgər nə qurmaq istədiyimiz barədə dəqiq və vahid bir anlayış yoxdursa, aerodinamika zərər görə bilər: avtomobil, təyyarə və ya kosmik gəmi.
Məhz buna görə də yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun 2026-cı il parlament seçkilərindən sonra keçirilməsi vacibdir. Bu, bütün siyasi qüvvələrə seçki kampaniyası zamanı konstitusiya gündəliyinə öz mövqelərini və yanaşmalarını təqdim etməyə imkan verəcək və seçkilərin nəticələrindən sonra xalqın etimadını qazanan siyasi əksəriyyətin mövqeyi Konstitusiyanın yekun layihəsinin formalaşdırılmasında həlledici olacaq."
1 dəqiqə