Yer kürəsində çox güclü maqnit fırtınası müşahidə olunur
Bu barədə Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib
Bu gün sutkanın ilk saatlarından Günəşdə şiddətli geomaqnit qasırğası başlayıb.
Hazırda Yer kürəsində G4 səviyyəsində (çox güclü) olduğca güclü bir maqnit fırtınası müşahidə olunur.
Bu barədə Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Qeyd edilib ki, hazırda geomaqnit qasırğası davam edir.
Şiddətli geomaqnit qasırğasının davam edəcəyi, 14 noyabrda artıq qasırğanın zəifləyəcəyi gözlənilir.
1 dəqiqədən az