XƏBƏRLƏR / Sağlamlıq

Yerdə güclü maqnit qasırğası başlayıb

Bu barədə kosmik hava monitorinqi mərkəzi məlumat yayıb

Yerdə güclü maqnit qasırğası başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yerdəki maqnit qasırğasının gücü son saatlarda xeyli artaraq “G3” səviyyəsinə çatıb.

    “TASS” xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqi mərkəzi məlumat yayıb.

    Hazırda planet yüksək səviyyəli Günəş partlayışlarından sonra beş göstəricidən ibarət monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəli maqnit qasırğası yaşayır.

    Qeyd edək ki, bu hadisə xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depressiya tipli hallar meydana gətirə bilər.

    Eyni zamanda kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.