XƏBƏRLƏR / Hava

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın avtomobil yollarında mayın 12-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.