Yollarda görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq
Milli Hidrometeorologiya Xidməti xəbər verir
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, dekabrın 26-da gecə və səhər bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.
Bildirilir ki, hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
1 dəqiqədən az