XƏBƏRLƏR / Hava

Yüksək dağlıq ərazilərə qar yağır

Faktiki hava

Yüksək dağlıq ərazilərə qar yağır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Quba, Qusar, Sarıbaş (Qax), Oğuz, Xaltan, Şabran, Xızı, Qəbələ, İsmayıllı, Qobustan, Zaqatala, Şamaxı, Şəki, Daşkəsən, Göygöl, Ağdam, Gəncə, Şəmkir, Tərtər, Tovuz, Goranboy, Yardımlı, Lerik, Lənkəran, Astara, Naxçıvan, Şərur, Ordubad, Şahbuz, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Mingəçevir, İmişli, Bərdə, Beyləqan, Neftçala, Zərdab, Naftalanda arabir yağış, Xınalıq, Qrız, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağır.