Yusif Ələkbərov ən varlı milyarder varislər siyahışına düşüb
"Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu 29,5 milyard dollarlıq mirasa malikdir
"Lukoil" şirkətinin təsisçisinin oğlu Yusif Ələkbərov "Forbes" jurnalının Rusiyanın ən varlı milyarder varisləri siyahısına 29,5 milyard dollarlıq mirasla başçılıq edib.
Yusifin hal hazırda 36 yaşı var. O, 2023-cü ildə artıq bu siyahıya başçılıq edib.

İkinci yerdə "Novatek" və "Sibur" şirkətlərinin əsas sahibi Leonid Mixelsonun iki övladı, hər biri 14,15 milyard dollarlıq mirasla gəlir.

Üçüncü yerdə isə hər biri 10,2 milyard dollarlıq mirasla "Eurochem" şirkətinin təsisçisi Andrey Melniçenkonun qızı və oğlu gəlir.

"Forbes" jurnalının siyahısında cəmi 20 zənginin adı çəkilib.
1 dəqiqədən az