XƏBƏRLƏR / Hərbi

Zabitimiz özünü öldürdü

Bu barədə Hərbi Prokurorluqdan bildirilib

Zabitimiz özünü öldürdü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, Şəhriyar Nizami oğlu Musayevin odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

    “Daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

    Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır” , - deyə o bildirib.