XƏBƏRLƏR / Hərbi

Zakir Həsənov İrana başsağlığı verib

Bu barədə Azərbaycan MN məlumat yayıb

Zakir Həsənov İrana başsağlığı verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.

    Bu barədə Azərbaycan MN məlumat yayıb. Başsağlığında deyilir:

    "İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

    Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq.

    Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

    Allah rəhmət eləsin!".