Noyabrın 8-də paytaxtda hava tutqun olacaq, gecə yağış yağa bilər. Abşeronda yağıntı intensiv olacaq, cənub-qərb küləyi əsəcək, səhər zəif duman olacaq.
Havanın temperaturu gecə müsbət 5+8, gündüz müsbət 13+16 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
Ölkə regionları üzrə Azərbaycanın şərq hissəsində axşam saatlarında leysan yağacaq. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0 + 5, gündüz müsbət 13+18 dərəcə olacaq. Dağlarda gecə mənfi 3-8, gündüz mənfi 2 dərəcədən müsbət 3 dərəcəyədək olacaq.