“Z.Əliyeva” gəmisi ilə 18 minə yaxın yük avtomobili daşınıb

Bu barədə ASCO xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zərifə Əliyeva” gəmi-bərəsi ilə istismara verildiyi 2022-ci ildən bu il aprelin 1-dək 17 908 yük avtomobili daşınıb.

    Bu barədə ASCO xəbər verir.

    Bu müddət ərzində bu gəmi-bərə ilə 337 vaqon, 2 094 minik avtomobili və 16 970 sərnişin daşınıb.

    Qeyd edək ki, bu gün “RoPax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən üç il ötür. Gəmi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adını daşıyır və onun doğum günü – 2022-ci il aprelin 28-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.