XƏBƏRLƏR / İctimaiyyət

Zəlzələ ilə bağlı əhaliyə çağırış

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatı

Zəlzələ ilə bağlı əhaliyə çağırış
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırıq.

    Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin çağırışında qeyd edilib.

    "Baş vermiş zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq polis əməkdaşları zəruri tədbirləri ərazi üzrə, eləcədə yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyini tam gücləndirilmiş qaydada nəzarət altında tənzimləyir", - məlumatda bildirilir.