XƏBƏRLƏR / Təbiət

Zəlzələdən sonra afterşoklar başlayıb

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib

Zəlzələdən sonra afterşoklar başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda zəlzələdən sonra afterşoklar gedir.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

    Afterşokların zəif olduğu bildirilir.

    Xatırladaq ki, bu gün Azərbaycanda güclü zəlzələ baş verib. Təkanlar Bakı ilə yanaşı, bəzi rayonlarda da qeydə alınıb.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ Azərbaycan ərazisində hiss olunub.

    İlkin məlumata görə, zəlzələnin episentri Xəzər dənizində olub və 5,6 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Zəlzələ insanlar arasında təşvişə səbəb olub, insanlar yaşadıqları binadan çıxıblar.