XƏBƏRLƏR / Qonşular

"Zəngəzur dəhlizində “qırmızı xətlər” gözlənilir"

Bunu İran XİN rəhbəri Abbas Əraqçi İran mətbuatına müsahibəsində bildirib

"Zəngəzur dəhlizində “qırmızı xətlər” gözlənilir"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran XİN rəhbəri Zəngəzur dəhlizində “qırmızı xətlərin” gözlənilməsini bildirib.

    İranın xarici işlər naziri Abbas Əraqçi İran mətbuatına müsahibəsində Zəngəzur dəhlizi ətrafında yaranmış vəziyyəti şərh edib. Onun sözlərinə görə, bu məsələdə İranın “qırmızı xətləri” gözlənilir. Əraqçi baş verənlərə obyektiv qiymət verməyə çağırıb və regionda sabitliyin qorunması üçün bütün amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

    İsraillə mümkün hərbi münaqişə ilə bağlı sualı cavablandıran nazir deyib ki, İran müharibəni qaçılmaz hesab etmir. "Biz ehtiyatlı olmalıyıq və müharibə mühiti yaratmamalıyıq... Münaqişə ehtimalı istənilən ölkə üçün mövcuddur", - o vurğulayıb.

    Livandakı vəziyyətə və "Hizbullah"ın roluna gəlincə, Əraqçi qeyd edib ki, İran Livanın daxili işlərinə qarışmır, lakin hesab edir ki, “müqavimət”in olması regional təhlükəsizliyin təmin olunmasında və gərginliyin cilovlanmasında mühüm rol oynayır.