XƏBƏRLƏR / İctimaiyyət

Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb

Məlumatı Azərbaycan Kartoqraflar İctimai Birliy verib

Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Kartoqraflar İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Qurumun sədri Müqabil Bayramovun sözlərinə görə, xəritə yüksək keyfiyyətli peyk çəkilişləri əsasında hazırlanıb.

    Onun sözlərinə görə, xəritədə Azərbaycan, Ermənistan və İranın müvafiq hissələri - məskunlaşan ərazilər, yollar, çaylar və dağlar göstərilib. Ermənistanda bəzi yaşayış məntəqələri həm erməni, həm də Azərbaycan adları ilə qeyd olunub.
    Xəritədə həm də Araz dəhlizi göstərilir.