XƏBƏRLƏR / Hərbi

Zəngilanda hərbi sursatlar aşkarlandı

Bu barədə DİN məlumat yayıb

Zəngilanda hərbi sursatlar aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zəngilanda hərbi sursatlar aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər.

    Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.