XƏBƏRLƏR / İctimaiyyət

Zəngilanda üç tondan çox çətənə bitkisi məhv edildi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatı

Zəngilanda üç tondan çox çətənə bitkisi məhv edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zəngilanın Bürünlü kəndində aşkarlanan 3 tondan çox çətənə bitkiləri yandırılaraq məhv edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Bürünlü kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

    Yabanı halda bitən ümumilikdə çəkisi 3 ton 330 kiloqram olan 4 630 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.